📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dəkkədə hərbi təyyarə qəzaya uğradı, ölənlər və yaralananlar var

2025-07-21 15:53:13

Dəkkədə hərbi təyyarə qəzaya uğradı, ölənlər və yaralananlar var

Hurriyyet.az "Qazeta.ru" portalına istinadla xəbər verir ki, Banqladeşin Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi Dəkkədə qəzaya uğrayıb. Qəza nəticəsində azı 19 nəfər həlak olub. Bu barədə jurnalistlərə yanğınsöndürmə xidmətinin baş direktoru general Məhəmməd Zahid Kamal məlumat verib. Onun sözlərinə görə, 150 nəfərdən artıq insan ağır xəsarətlər alıb. Yaralılar xəstəxanalarala yerləşdiriliblər. Zərərçəkənlərin əksəriyyəti təyyarənin üzərinə düşdüyü kollecdə təhsil alanlardır. Onların 9-18 yaşları var. Uşaqların əksəriyyəti yanıq zədələri alıblar, vəziyyətləri ağırdır.
Hürr Tərcüman