📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dələduzluq yolu ilə pul alan şəxs saxlanıldı

2026-03-14 17:27:48

Dələduzluq yolu ilə pul alan şəxs saxlanıldı

Səbail rayonunda yaşayan sakinlərdən biri 4500 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı E. Musayev saxlanılıb.

Hurriyyet.az Teleqraf-a istinadən xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, E. Musayev zərərçəkənə hazırda cəzaçəkmə müəssisəsində saxlanılan oğlunu azad etdirəcəyinə dair yalan vəd verərək 4500 manat pul vəsaitini ələ keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.