📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Delimitasiya və sərhəd məsələsinin həlli yeni Moskvada yekunlaşmağa doğru...

2021-12-21 13:27:00

Delimitasiya və sərhəd  məsələsinin həlli yeni Moskvada yekunlaşmağa doğru...

KTMT-nin baş katibi Stanislav Zas erməni media portalı "Armpress"ə müsahibə verib. O müsahibədə Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətdən narahat olduqlarını və vəziyyəti diqqətlə izlədiklərini deyib.

Zas həmçinin, sərhədə dair fikir ayrılıqlarının yalnız siyasi diplomatik yollarla və 26 noyabrda əldə olunmuş Üçtərəfli bəyannamənin müddəalarına uyğun olaraq Azərbaycan-Ermənistan sərhəddində təhlükəsizlik və stabillik səviyyəsinin artırılması üçün tədbirlər görülməsini dəstəklədiklərini, məsələni tərəflərin xahişi əsasında Rusiya Federasiyasının köməyi ilə Azərbaycan-Ermənistan arasında dövlət sərhəddinin demarkasiyası məqsədilə delimitasiya komissiyası yaratmağa doğru aparmaqla həll edilməli olduğunu vurğulayıb. 
Ermənistanın “Past” qəzeti də il sonuna kimi İlham Əliyev və Nikol Paşinyan Moskvada daha bir görüş keçirə biləcəyini açıqlayıb. "Xarici İşlər Nazirliyindəki mənbəmizin bildirdiyinə görə, Ermənistan və Azərbaycan liderləri bu il daha bir görüş keçirəcəklər. Yeri gəlmişkən, yenə Rusiyada. Bizdə məlumat var ki, görüş baş tutsa, yekun xarakterli olacaq", deyə qəzet yazıb. .
Qəzetin mənbələrinin məlumatına görə, yeni iclas müdafiə idarələrinin rəhbərləri və üçtərəfli komissiyanın üzvləri - baş nazirin müavinləri Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayevin iştirakıyla geniş tərkibdə keçiriləcək.  

Ülviyyə, Hurriyyet.az