📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Delimitasiyanın növbəti mərhələsi harada aparılacaq?

2024-10-21 13:52:15

Delimitasiyanın növbəti mərhələsi harada aparılacaq?

Ermənistan və Azərbaycan Tavuşdan sonra sərhədin delimitasiyasının növbəti mərhələsinin hansı ərazidə aparılacağını hələlik müzakirə etməyib.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan bildirib.

“Növbəti hissə ilə bağlı müzakirələr aparılmayıb. Hələ seçiləcək hissələrin prinsipləri təsdiqlənməyib. Bir tələbin olduğunu qeyd edim - məsələ konsensusla həll edilməlidir”, - o deyib./axar.az/