Delta ilə Omikron variantlarının mələzi meydana çıxdı – Delmikron
Hurriyyet.az “HaberGlobal” nəşrinə istinadən xəbər verir ki, yeni tipli koronavirusun “Delmikron” adlanan ən yeni variantı meydana çıxıb. Delmikron adı verilən variant həm Delta, həm də Omikron variantlarının xüsusiyyətini daşıyır. Alimlər yeni variantın ABŞ və Avropadakı Kovid-19 “sunamisi”nin nəticəsi olduğunu açıqlayıblar.
Delmikron variantı Alfa, Betta, Qamma və digər variantlar kimi koronavirusun mutasiyaya uğramış yeni bir variantı deyil, artıq mövcud olan iki variantın – Delta ilə Omikronun birləşməsindən yaranıb. Qərbdə sürətlə yayılmaqdadır.
Delta variantı aprelin ortalarından iyunun ortalarına qədər qlobal miqyasda dünyaya hakim olub və milyonlarla insanın ölümünə səbəb olan ikinci koronavirus dalğasını törədib. Ciddi simptomları, ağırlaşmaları olan variant infeksiyadan sonra beyin şişi, əzələ ağrıları, saç tökülməsinə səbəb olur.
İlk dəfə Cənubi Afrikada aşkar edilən Omikron variantı çox yoluxucu olsa da, Deltaya nisbətən daha yüngül simptomlara malikdir. Omikronun ən çox yayılan əlamətləri boğaz ağrısı, baş ağrısı və yorğunluqdur. Deltadan fərqli olaraq, Omikronda iybilmə və dadbilmə itkisinə az rast gəlinir.
Delmikron yeni meydana çıxdığı üçün tam araşdırılmayıb, lakin hər iki variantın əlamətlərinə malikdir.
Delta ilə Omikronun ortaq əlamətləri bunlardır:
- Boğaz ağrısı
- Qalıcı öskürək
- Baş ağrısı
- Dadbilmə və ya iybilmədə dəyişiklik
- Burun axıntısı
- Yüksək hərarət.
Hürr Tərcüman