Delta ştammının yeni variantı aşkarlandı
2021-11-15 17:00:00
Norveçdə koronavirusun delta ştammının yeni variantı - “AY. 63” aşkar edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Norveçin Milli Səhiyyə İnstitutu məlumat yayıb.
Bildirilir ki, “AY. 63” variantı hələ iyun ayında institut mütəxəssisləri tərəfindən aşkar edilib, bundan sonra krallığın müxtəlif yerlərində yeni növə yoluxma qeydə alınıb.
Sözügedən virus növünün digərlərindən daha yoluxucu olmadığı güman edilir.