Dəm qazı daha bir can aldı
2026-01-21 09:19:34
Bakıda 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.
"AzPolitika" xəbər verir ki, 1993-cü il təvəllüdlü Əzimov Bədəl Hüseynağa oğlu yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğunda araşdırma aparılır.