Dəməşq Suriyanın bərpasında İranın iştirakını istəmir
2022-10-11 15:50:00
Tehran İnşaatçılar Birliyinin sədri İrəc Rəhbər deyib: ”Suriyalılar Suriyanın yenidən qurulmasında İran şirkətlərinin iştirak etməsini istəmirlər. Digər problem ölkəmizin FATF-a (Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) üzv olmaması və maliyyə transferləri ilə bağlı sanksiyalardır ki, bu da həm Suriya, həm də İran üçün problem yaradır”.
O, Suriyanın yenidən qurulmasında digər ölkələrin də iştirakından danışıb: “Türkiyə və Rusiya Suriyanın bərpası layihələrinə (təkcə mənzil tikintisi ilə bağlı deyil) daxil olublar. İrandan fərqli olaraq, Türkiyə bu bazarda yaxşı və güclü tələbatla meydana girib”.
Ülviyyə, Hurriyyet.az