📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Dəmir qılınc" əməliyyatı: HƏMAS-ın qərargahı dağıdıldı

2023-10-07 13:31:05

İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığını elan edib.

Hurriyyet.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

HƏMAS-ın hərbi qolu “İzəddin əl-Qasam briqadası”nın rəhbərliyi bildirib ki, “Əl-Əqsa əməliyyatı"nın gedişində İsrailin 35 vətəndaşı və hərbçisini Qəzza zolağına aparıblar.

***

Hücuma məruz qalan Sderot şəhər polis idarəsi İsrail təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

Bu barədə İsrail KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə yerində yaralılar var.

***

İsrailin Müdafiə Ordusunun hava zərbələri nəticəsində HƏMAS-ın Qəzza zolağının Tel-Elxua rayonundakı qərargahı dağıdılıb.

Bu barədə Qəzza zolağından məlumat yayılıb./Axar.az/