📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dəmir yolu vağzalının vurulma əmrini verən rus general...

2022-04-09 12:10:00

Dəmir yolu vağzalının vurulma əmrini verən rus general...

Ukraynada Kramatorsk dəmir yolu vağzalının raket zərbəsi ilə vurulma əmrini rus general Aleksandr Dvornikov verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin BBC telekanalı iddia edib.

Bildirilir ki, A. Dvornikov 2015-ci ildə Rusiya tərəfindən Suriyaya göndərilən ilk yüksək rütbəli zabit kimi tanınır. O Suriyada əldə etdiyi uğurlara görə 2016-cı ildə “Qəhrəman” mükafatına layiq görülüb. Daha sonra isə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandanı təyin edilib.

Hazırda Ukraynadakı döyüşlərdə Rusiya ordusuna rəhbərlik zabitlərdən biridir.