📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dəniz sahilində kişi ilə qadın meyiti tapıldı - Yenilənib

2022-08-17 13:33:00

Dəniz sahilində kişi ilə qadın meyiti tapıldı - Yenilənib

Sumqayıtda dənizdən 2 meyit tapılıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.

Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda dəniz sahilində meyiti tapılan kişi ilə qadının suda boğulması məlum olub.

Hurriyyet.az-ın məlumatına görə, ilkin araşdırmalar zamanı həmin şəxslərin dünən axşam saatlarında Sumqayıt-Novxanı yolunun kənarındakı istirahət mərkəzində  birgə dənizə girmələri məlum olub. Daha sonra suda boğulan şəxslərin meyitini dalğalar sahilə çıxarıb.

Ölən şəxslərin kimliyinin dəqiqləşdirilməsi və hadisənin səbəblərinin tam müəyyənləşdirilməsi istiqamətində iş aparılır.