📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dəniz sahilində qadın meyiti tapıldı - FOTO

2021-09-01 10:05:00

Dəniz sahilində qadın meyiti tapıldı - FOTO

Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.

Hurriyyet.az xəbər verir ki, DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, onun dənizdə boğulduğu ehtimal edilir. Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.

Həmin şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012-454-22-22 və 070-300-20-99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.