Dənizdə batan 20 yaşlı gəncin fotosu
2026-11-18 22:05:03
Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyev batıb.
Oxu.Az onun fotosunu əldə edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri onun axtarışına cəlb olunublar.
Hazırda Nəsrəddin Şahaliyevin batdığı ehtimal edilən istiqamətlərdə axtarış işləri aparılır.
Məlumata görə, Nəsrəddin Şahaliyev Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi olub.