📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dənizdə daha 2 nəfər batdı - Foto

2026-08-24 13:15:52

Dənizdə daha 2 nəfər batdı - Foto

Bakıda dənizdə iki nəfər boğularaq ölüb.

Hurriyyet.media  Unikal.az-a istinadən xəbər verir ki, bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Hadisənin avqustun 22-də paytaxtda yerləşən çimərliklərin birində baş verdiyi bildirilib.

Şəkinin Baş Layısqı kənd sakinləri olan 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov dənizdə boğularaq həyatlarını itiriblər.

Hər iki gəncin meyiti sudan çıxarılıb və onlar kəndlərində dəfn edilib.