Dənizdə vurulan gəminin batmış ola biləcəyi açıqlandı
Britaniya Qırmızı dənizdə vurulan gəminin batmış ola biləcəyini açıqlayıb
Britaniya Gəmiçilik Təşkilatı (UKMTO) iyunun 12-də Yəmənin Qırmızı dəniz sahillərində vurulduqdan sonra bütün heyəti xilas edilərək tərk edilmiş gəminin batmış ola biləcəyini açıqlayıb.
UKMTO-dan verilən açıqlamada Gəmi kapitanının verdiyi məlumata görə, partlayışdan sonra gəmi su almağa başlayıb və ekipajın nəzarətindən çıxıb. İkinci dəfə vurulan gəminin ekipajı ərazidə patrul xidməti aparan hərbi gəmilər tərəfindən xilas edilib.
Açıqlamada, ekipajsız və işıqları sönük şəkildə sürükləndiyi bildirilən gəminin təqibinin Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən yaradılan, mərkəzi ofisi Pakistanda olan NAVAREA 9 regional rəhbərliyinə həvalə edildiyi qeyd edilib.
UKMTO, hərbi səlahiyyətlilərin gəminin yerləşdiyi ərazidə dəniz səthində batan gəmi və yanacaq parçaları gördüyünü açıqlayıb.
"Gəminin sözügedən yerdə batdığı güman edilir. Bütün gəmilərə ehtiyatla ərazidən keçmələri və şübhəli fəaliyyətlər barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur",