📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dənizkənarı Bulvarın sədri işdən çıxarıldı, yenisi təyin olundu - SƏRƏNCAM

2024-01-29 16:17:13

Dənizkənarı Bulvarın sədri işdən çıxarıldı, yenisi təyin olundu - SƏRƏNCAM

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Xanlar Ağalarov bu təyinata qədər Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Dövlət başçısının digər sərəncamı ilə İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.