Deputat ABŞ-ın fəxri vətəndaşlığından imtina etdi
2023-11-21 13:02:05
Amerika Birləşmiş Ştatlarının (ABŞ) fəxri vətəndaşlığından imtina edirəm.
Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat xatırladıb ki, 1990-cı illərdə bəzi deputatlarla birgə ABŞ-yə səfər ediblər:
“Səfər zamanı bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı statusu verdilər. Bu gün onların hər iksindən imtina edirəm”.