📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat: “Adımdan cəfəng sitat paylaşanlar unutmasınlar ki...”

2022-08-13 22:58:00

Deputat: “Adımdan cəfəng sitat paylaşanlar unutmasınlar ki...”

Deputat Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından sitat paylaşanlara səslənib.

O deyib:

“Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!”

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından "Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram" sitatı paylaşılıb. \\Pravda.az