📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat arı sancmasından öldü

2024-08-06 00:42:53

Deputat arı sancmasından öldü

Moldovada hakim Fəaliyyət və Həmrəylik partiyasından deputat seçilən Yuri Pasat vəfat edib. Millət vəkilinin ölüm səbəbi arı sancmasından sonra anafilaktik şok olub.

Deputat Yuri Passat Kənd Təsərrüfatı və Qida Sənayesi Komitəsinin sədr müavini olub.

Siyasətçinin 52 yaşı olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas edə bilməyiblər.

Pasat parlamentdə kənd təsərrüfatı və qida sənayesi komitəsinin sədr müavini vəzifəsində çalışıb. Bundan əvvəl o, Hincisti rayonunun Balçana kəndinin bələdiyyə sədri olub. \\Sfera.az