📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat başına çarşaf keçirib baş naziri qorxutmaq istədi - VİDEO

2025-05-15 22:29:10

Deputat başına çarşaf keçirib baş naziri qorxutmaq istədi - VİDEO

İtaliya parlamentində qeyri-adi hadisə baş verib.

Hurriyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Solçu +Avropa partiyasının katibi Rikkardo Macci Baş nazir Giorgio Melonini qorxutmağa çalışıb.

Belə ki, Macci başına çarşaf keçirərək parlamentə gəlib. O, vətəndaşlıq və əmək qanunvericiliyi ilə əlaqədar 5 məsələ ilə bağlı iyunun 8-9-da keçiriləcək referenduma görə baş nazirin ünvanına qınaqlar səsləndirərək onun dayandığı kürsüyə doğru irəliləyib.

Nəticədə Macci parlamentdən xaric edilib. Onu otaqdan çıxararkən Meloni təbəssümlə prosesləri izləyib və telefonunda lentə alıb.