Deputat Bəhruz Məhərrəmov: Problem Rusiya deyil, İrəvanı güzəştə gedən təfəkkürdür
Milli Məclisin 2024-cü il 24 may tarixində keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov çıxış edərək belə bir fikir səsləndirib ki, müstəqilliyimizin 106-ci ildönümündə ən yanlış fikir müstəqilliyə gedən yolun meydanlardan keçməsi haqda yanlış düşüncələrdir.
"Onlar düşünürlər ki, müstəqilliyimizin təməlində çar Rusiyası və SSRİ ilə mübarizə durur. 18-ci ildə İrəvan, sovet illərində isə Zəngəzur xəyanətin qurbanı oldu. Hələ də suverenliyi Rusiya ilə mübarizədə görənlər var. Problem Rusiya deyil, İrəvanı güzəştə gedən təfəkkürdür. Təəsüflər olsun ki, Əliyevlərə qədər bu təfəkkür hakim olmayıb, hətta başqalarında özümüzə hörməti təlqin edə bilməmişik. Bu günün müasir Azərbaycanı bunların fövqündə dayanır", deyə deputat mövqeyini ifadə edib.
Ülviyyə, Hurriyyet.az