📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat Ceyhun Məmmədov: Erməni xalqının rifahı Azərbaycan və Türkiyə ilə münasibətlərin normalaşmasından keçir

2024-05-24 11:21:52

Deputat Ceyhun Məmmədov: Erməni xalqının rifahı Azərbaycan və Türkiyə ilə münasibətlərin normalaşmasından keçir

Milli Məclisin deputatı Ceyhun Məmmədov 2024-cü il 24 may tarixində Ermənistanda baş verənlərə toxunub.

"Bu gün Ermənistanda ictimai-siyasi gərginlik davam edir. Bu prosesdə təkcə Barqat deyil, köhnə rejimin qalıqları da onun arxasında gizlənərək fəaliyyətlərini davam etdirirlər. Biz Birinci, İkinci Qarabağ savaşlarında da kilsənin əlində silah savaşa təhrik etdikərini görmüşdük. Xristinalıq bunu təlqin edir? İsanın “bir üzünə vursalar, o biri üzünü çevir” sözünə üz çevirən Baqrat öz dininə də xəyanət edir. Bəs yaxşı Baqrat erməni cəmiyyətinə nə təklif edir? Sülhün akternativi nədir? Onlar dəmir yumurğu hələ də unutmayıblar. Erməni xalqının rifahı Azərbaycan və Türkiyə ilə münasibətlərin normalaşmasından keçir. Ağıllı ermənilər bunu anlayırlar", deyən deputat Ermənistanıın ictmai - siyasi durumunun gərginləşdirilməsində kilsənin rolunu şərh edib.

Ülviyyə, Hurriyyet.az