Deputat Elman Nəsirov: Paşinyan sülh müqaviləsinə imza atsa belə, Konstitusiya məhkəməsi onun imzasını qüvvədən düşmüş hesab edəcək
Milli Məclsiin 2024-cü il 14 iyun tarixində keçirilən iclasında deputat Elman Nəsirov Ermənistanla sülh sazişinə münasibətini bildirib.
"Paşinyan verdiyi bəyanatlarda ölkə konstitusiyasına düzəlişlər edilməyəcəyi ilə bağlı mesajlar verir. Prezident İlham Əliyev isə bildirmişdi ki, Ermənistanla o halda sülh bağlana bilər ki, bu ölkənin konstitusiyası dəyişsin. İndi Paşinyanın bəyanatları o deməkdir ki, sülh müqaviləsi baş tuta bilməyəcək. Çünki Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Belə olan halda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Paşinyan sülh müqaviləsinə imza atsa belə, Konstitusiya məhkəməsi onun imzasını qüvvədən düşmüş hesab edəcək. Belə olan halda bizim üçün ən vacibi ermənistan xalqının siyasi iradəsidr", deyə deputat fikrini yekunlaşdırıb.
Ülviyyə, Hurriyyet.az