📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat Elşən Musayev: “Qarabağda 3 hava limanımız var, onlar əhalinin ixtiyarına da verilməlidir"

2024-06-07 13:36:24

Deputat Elşən Musayev: “Qarabağda 3 hava limanımız var, onlar əhalinin ixtiyarına da verilməlidir

Milli Məclisin 2024-cü il 7 iyun tarixində keçirilən növbədənkənar sessiyasının iclasında Deputat Elşən Musayev Qarabağdakı hava limanlarının əhalinin istifadəsinə verilməsini təklif edib.

“Qarabağda 3 hava limanımız var, onlar əhalinin də ixtiyarına verilməlidir. Biz həm də o hava limanlarından xaricə, xaricdən də oraya reyslər aça bilərik”, deyə deputat təklifini səsləndirib. O, həmçinin qeyd edib ki, diasporaya maliyyə artımı davamlı şəkildə olmalıdır.

“Əvvəl sadəcə erməni lobbisi ilə mübarizə aparırdıqsa, indi Fransa, Niderland, Kanada, Argentina lobbisi ilə mübarizə aparırıq. Xarici diplomatlarımızın mühafizəsi gücləndirlilməlidir. Onlar həmin ölkələrdə minanın bombanın üzərində gəzirlər. Azərbaycandan başqa heç yerdə sabitlik yoxdur”, deyən deputat eləcə də bu məsələyə diqqət çəkib.

Ülviyyə, Hurriyyet.az