📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat Fazil Mustafa: Ölkə müharibəni bitirsə də, sülh sazişini imzalanmaması sayəsində müdafiə xərcləri gərəklidir

2024-05-31 12:10:28

Deputat Fazil Mustafa: Ölkə müharibəni bitirsə də, sülh sazişini imzalanmaması sayəsində müdafiə xərcləri gərəklidir

Milil Məclisin 31 may tarixli plenar iclasında deputat Fazil Mustafa, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə çıxış edərkən bəzi məsələlərə toxunub. 

O bildirib ki, lham Əliyevin yenidən prezindent seçilməsinin və faəliyyətə başlanmasının 100 günü tamam oldu. Və yeni dövrdə büdcədən müdafiə və təhlükəsizlik məsələlərinə xərcləmələrdə xüsusi diqqət yetilirlb. Ümumilikdə müdafiə və təhlükəsizlik xərclərinə də 8,9 milyard manat vəsait ayrılıb". 

Deputat deyib ki, ölkə müharibəni bitirsə də, sülh zasişini imzalanmaması sayəsində müdafiə xərcləri gərəklidir. Eləcə də, "4,2 milyard manat vəsaitin sosial sahəyə yönəldilməsi boşluqları tam doldurmağa imkan vermir, Daxili borcun sistemində müəyyən qədər dəqiqləşdirmə olmalıdır. İstiqrazlara gəlincə, onları 3 hüquqi şəxs alır, hüquqi şəxslərin çərçivəsi çox məhdud səviyyədədir. Mədəniyyət sahəsinə ayrılan 198 milyon manat azdır, sənət adamlarının maaşı azdır. Bundan başqa Publik Hüquqi şəxslərin yaradılmasına münasibət dəyişməlidir, düşüncə dəyişməlidir. Onun yaradılması məsələsinə bir daha baxılmalıdır. Özəlləşməyə xüsusi diqqət yetirilməlidir, özəlləşmədən gələn gəlirlər artmalıdır", deyə deputat qeyd edilən məsələlərə münasibətini bildirib.

Ülviyyə, Hurriyyet.az