📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat Fazil Mustafa: Özəl sektora dəstək göstərmək lazımdır, DOST mərkəzləri vasitəsilə açılan iş yerləri effekt vermir

2024-06-07 13:13:43

Deputat Fazil Mustafa: Özəl sektora dəstək göstərmək lazımdır, DOST mərkəzləri vasitəsilə açılan iş yerləri effekt vermir

2024-cü il 7 iyun tarixində keçirilən Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edən deputat Fazil mustafa, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə danışıb.

O bildirib ki, "layihədə 29 cu maddədə verilən təklif vacibdir. Lakin digər maddələrdə verilən təkliflər isə problemlərdən yayınmaq məqsədi daşıyır". Deputat həmçinin qeyd edib ki, məşğulluq qanununda dəyişikliklərlə məqsədli proqramlar hazırlamaq üçün səlahiyyətlər verilir. 

Millət vəkili məşğulluq haqqında qanuna nəzərdə tutulan dəyişiklilərdə özəl sektorun dəstəklənməsinə toxunub. "Özəl sektorun inkişafına kömək edə bilmədiyimiz halda yükü yenə qoyuruq dövlətin üzərinə. Məncə 53 milyon manatı sahibkarlığın inkişafına yönəltmək lazımdır. DOST mərkəzləri vasitəsilə yaradılan iş yerləri effektini ortaya qoya bilmir. Bu yaxınlarda “Qurtuluş” reabilitasiya mərkəzinə təklif almışdım. 30 nəfər keçmiş narkotik aludəçisi üçün reabilitasiya mərkəzlərində iş yeri açılıb. Belə sahibkarlara dəstək vermək lazımdır. Özəl sektora dəstək haqda düşünməliyik", deyən Fazil Mustafa fikirlərini səsləndirib.

Ülviyyə, Hurriyyet.az