Deputat Hikmət Məmmədov: Milli Məclis dövlətçilik nümunəsi nümayiş etdirməli və YAP-ın Prezidentə müraciətini dəstəkləməlidir
Milli Məclisin 2024-cü il 21 iyun tarixində keçirilən növbədənkənar sessiyasının plenar iclasında deputat Hikmət Məmmədov çıxış edib. O, növbədənkənar seçkilərin keçirilməsi barədə münasibətini bildirib və bunu məqsəduyğun hesab etdiyini bildirib.
"Hazırda işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri keçirilir. 2024-cü ildə tariximizdə ilk dəfə bütün ərazilərimizdə prezident seçkiləri keçirildi. GOP-29, Kioto protokolunun sessiyasının Azərbaycanda keçirilməsi qərarının verilməsi ölkəmizin nüfuzunun göstəricisidir. Qeyd olunan tədbirlərin keçiriləcəyi vaxtda parlament seçkilərini keçirilməsi ölkəmizin ictimai həyatında çətinliklər yaradar. Bu səbəbdən Azərbaycan Konstitusiyasının 98-ci maddəsinə əsasən növbədənkənar seçkilər keçirilə bilər. İndiki şəraitdə Milli Məclis dövlətçilik nümunəsi nümayiş etdirməli və növbədənkənar seçkilərin keçirilməsi barədə parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının prezidentə müraciətini dəstəkləməlidir", deyə Hikmət Məmmədov fikrini ifadə edib.
Ülviyyə, Hurriyyet.az