📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat Kəmaləddin Qafarov Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edildi

2024-05-24 11:52:41

Deputat Kəmaləddin Qafarov Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edildi

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr qrupuna yeni rəhbər təyin edilib. Bu barədə müzakirə bu gün Milli Məclisin plenar iclasında aparılıb.

Belə ki, deputat Kəmaləddin Qafarov “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsinə əsasən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr qrupuna yeni rəhbər təyin edilib. Xatırladaq ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixdə vəfat edib. 

Ülviyyə, Hurriyyet.az