📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat: “Litva təcili öz səhvini düzəltməlidir”

2022-12-17 19:37:00

Deputat: “Litva təcili öz səhvini düzəltməlidir”

Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa edəndən sonra Litva ilə çox yaxşı strateji əlaqələr qurub.Bizim oradakı ,səfirliyimiz və Litvanın Bakıda ki,səfirliyi vasitəsilə çox normal və çox şaxəli işlər görülüb.Otuz ilə yaxın Azərbaycan və Ermənistan münaqişə şəraitində yaşayanda Litva neytral mövqe sərgilədi.

Hurriyyet.Az bildirir ki, bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar İskəndərov bildirib.

Millət vəkili Şuşa-Xankəndi yolunda baş verən aksiyalara Litva XİN-nin absurd bəyanatının gözlənilməz olduğunu vurğuladı:

“Əslində qalsa biz ondan ədalət gözləyirdik.Beynəlxalq hüquqa hörmət gözləyirdik.Amma məsələnin sülh yolu ilə həll olunmasını arzuladı.Bu yolda öz təkliflərini verdi.Bizim daxili işlərimizə qarışmadı.Qərəzli bəyanatlar söyləmədi.Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bölgədə həm geosiyasi,həmdə geoiqtisadi konfiqurasiya formalaşdırır.Qlobal anlamda dünya ilə , Avropa ilə yüksək səviyyədə iqtisadi münasibətlər formalaşdırır.Artıq Azərbaycan dostlarının sayı durmadan artır.Son günlər Şuşa-Xankəndi yolunda baş verən aksiyalara Litva XİN-nin   absurd bəyanatı gözlənilməz oldu.Anlamadım ki,bununla nə demək istəyir?.İndiyənə kimi harda idi? Azərbaycanın həmin ərazidə müxtəlif terrora məruz qalması , beynəlxalq cinayətdir.Düşünülməmiş bəyanatların verilməsi kökündən yanlışdır.Ümumiyyətlə məsələni bilmədən fikir yürüdülməsi təbii ki,Litvaya baş ucalığı gətirməz.Litva təcili öz səhvini düzəltməlidir.Məsələyə ,doğru ,düzgün və açıq yanaşmalı və doğru bəyanat verməlidir.Əgər bunuda verə bilmirsə ,kənara çəkilib öz yerində durmalıdır.Onların özlərinində problemləri var.Rus mədəni mərkəzlərinin bağlanması,rus icma larının sıxışdırılması,rus dilinin tamamilə ləğv edilməsi özünü başqa mədəniyyətə uyması adlanır.Lakin biz heç vaxt bunu söyləmədik.Litvanın daxili işlərinə qarışmadıq.Onların bu məsələdə tutduğu mövqe çox məyus edicidir.Düşünürəm ki,çox tez zaman ərzində Litva Xarici İşlər Nazirliyi öz səhvini düzəltməlidir.”