📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat məktəbli geyimi barədə: "Hicabın taxılması müəyyən yaşdan sonra olmalıdır"

2026-02-02 17:19:44

Deputat məktəbli geyimi barədə:

"Məktəblərdə geyim qaydalarında əsas məsələlərdən biri də geyim formalarının rahat olmasıdır. Vahid formaların olması o baxımdan yaxşıdır ki, şagirdlərə baxanda onun hansı təhsil müəssisəsində olduğu bilinir".

Bu sözləri deputat Ülviyyə Həmzəyeva Baku TV-nin "Aktual Gündəm" verilişinə bildirib.

O vurğulayıb ki, məktəbli geyimləri vahid olmalıdır.

O qeyd edib ki, hicabın taxılması da fərdin öz seçimindən asılı olaraq, müəyyən yaşdan sonra olmalıdır:

"Xüsusə də 18 yaşdan sonra insanlar dini seçimlərini tam və azad şəkildə edə bilərlər".