📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat Musa Quliyev: Sosial rifah halının yüksəldilməsi tədbirləri büdcəyə artımları zəruri edib

2024-06-07 11:57:12

Deputat Musa Quliyev: Sosial rifah halının yüksəldilməsi tədbirləri büdcəyə artımları zəruri edib

2024-cü ilin 7 iyun tarixində Milli Məclisin növbədənkənar sessiyasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsində deputat Musa Quliyev çıxış edib.

O bildirib ki, 2024-cü ilin ötən dövrü üzrə əhalinin sosial rifah halınını yüksəldilməsi üzrə aparılan tədbirlər büdcəyə əlavə və dəyişikliklər edilməsini zəruri etmişdir.

"Dövlət Sosial Müdafiə fondunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü il üçün 980 manatdan artaraq 990 manat olacağı proqnozlaşdırılıb. Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsində Əmək Pensiyalarının ödənilməsi məbləğinin 6 milyard 525 milyon manata çatdırılması təklif olunur. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 232 milyon manat təşkil edəcək. Dövlət Sosial Müdafiə fondunun büdcəsinin xərcləri 30 milyon manat artırılaraq 6 milyard 949 milyon 860 min manat təşkil edəcək", deyə deputat məlumat verib.

O, həmçinin əlavə edib ki, işsizlikdən sığorta haqqları üzrə mədaxillər artırılacaq, işsizlikdən sığorta üzrə artım büdcənin qeyri-neft sektoru üzrə baş verəcək.

Ülviyyə, Hurriyyet.az