📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat Tahir Rzayev: Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə müraciət edilsin...     

2024-06-21 12:17:31

Deputat Tahir Rzayev: Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə müraciət edilsin...     

Milli Məclisin 2024-cü il 21 iyun tarixində keçirilmiş növbədənkənar sessiyasının plenar iclasında çıxış edən Deputat Tahir Rzayev növbədənkənar seçkilərlə əlaqədar təşkil edilmiş komissiyasının qərarını açıqlayıb.

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə əldə edilmiş qələbələrlə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə əsasən parlamentin fəaliyyəti 5 ildir. Eyni zamanda Konstitusiyanın 98.1 maddəsinin 2-ci bəndinə əsasən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu baxımdan səlahiyyət müddəti 2024-cü ilin noyabrında bitir. Bundan başqa məlum olduğu kimi, GOP-29 konfransı, Kioto Protokolunun 19-cu  sessiyası, Paris Anlaşmasının 6-cı sessiyası Bakıda keçiriləcək. Bu Azərbaycannın beynəlxalq öhdəliklərindən və nüfuzundan irəli gələn yenilikdir. Yeni Azərbaycan Partiyası deputatlarının niyyəti başqa partiyaların deputatları və partiya üzvü olmayan deputatlar tərəfindən dəstəklənmisdir. O vaxta qədər yeni tərkibli Azərbaycan parlamentinin yaradılması zəruridir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə əsasən parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə müraciət edilsin", deyə deputat çıxışında bildirib.

Ülviyyə, Hurriyyet.az