Deputat Tural Gəncəliyev: Erməni kilsəsi erməni xalqını revanşizmə sürükləyir
Azərbaycanla Ermənistan arasında normallaşma gedən zaman neqativ ünsürlər prosesə zərbə vurmağa çalışır, bunlar erməni keşişləridir. Bu fikirləri deputat Tural Gəncəliyev Milli Məclisin 24 may tarixli plenar iclasında səsləndirib.
Deputat bildirib ki, erməni kilsəsi ən neqativ notlara müraciət edən tərəfə çevrilib. "Onlar erməni xalqını revanşizmə sürükləyirlər. Dünən Erkin Qədirli ilə erməni kilsəsi haqda söhbət edirdik. Erməni keşişləri harada bir köhnə kilsə görürdülər, girib arada bir şam yandırırdılar, oranı mənimsəyirdilər. Erməni kilsələri Avropada özlərinə dəstək tapırdılar ki, bu da onları ikiüzlülüyünü ifşa edir. Burada əsas rolu erməni diasporu oynayıb", deyə Tural Gəncəliev qeyd edib. Deputata sözünün sonunda vurğulayıb ki, Ermənistan siyasi elitasi diasporun və kilsənin neqativ təsirlərindən özünü azad etməli və qonşuları ilə mehriban qonşuluq münasibəti qurmalıdır.
Ülviyyə, Hurriyyet.az