📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat Vüqar Bayramlı: 2023 il Azərbaycan tarixində xüsusi ilərdən biridir

2024-05-31 12:22:15

Deputat Vüqar Bayramlı: 2023 il Azərbaycan tarixində xüsusi ilərdən biridir

Milli Məclsin 31 may tarixində keçirilən plenar iclasında deputat Vüqar Bayramlı çıxış edib.

O bildirib ki, "2023 il Azərbaycan tarixində xüsusi ilərdən biridir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası həyata keçirildi Qarabağ və Şərqi Zəngəzurun bərpası davam etdi, 2023-cü ildə yalnız Qarabağ və Zəngəzurun bərpasına, eləcə də əhalinin öz evlərinə qayıtmasına 11 milyard 485 milyon vəsait ayrılıb. Bir tərəfdən bərpa həyata keçirilir, bir tərəfdən də müdafiə və təhlükəsizlk məsələsinə vəsait xərclənir". Deputat qeyd edib ki, "2023 ilin dövlət büdcəsində proqnozların reallaşması 2023- cü ili döv büdcəsindən xərcləmələrlə uyğun gəlir. Qeyri-neft sektoru iqtisadiyyatın drayveri olaraq qalmaqdadır. 2023 cü ilin dövlət büdcəsinin icrası ilə bağlı sənəd də 2023 cü ilin hədəflərinə uyğundur".

Ülviyyə, Hurriyyet.az