📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat Vüqar Bayramov: Azərbaycan postsovet məkanında konfliktlərə məruz qalan ilk ölkədir ki, ərazi bütövlüyünü və suverenliyini bərpa edib

2024-05-24 12:05:39

Deputat Vüqar Bayramov: Azərbaycan postsovet məkanında konfliktlərə məruz qalan ilk ölkədir ki, ərazi bütövlüyünü və suverenliyini bərpa edib

Milli Məclisin 2024-cü il 24 may tarixində keçirilən plenar iclasında deputat Vüqar Bayramov çıxış edib. O, "Azərbaycan postsovet məkanında konfliktlərə məruz qalan ilk ölkədir ki, ərazi bütövlüyünü və suverenliyini bərpa edib", deyə fikrilərini ifadə edib.

"Bu ondan xəbər verir ki, vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra mariginal qruplıarın “arqumentlərinə” baxmayaraq, Azərbaycan addım-addım süverenliyini bərpa etdi. Eyni zamanda böyük quruculuq işləri gedir. Dövlət büdcəsindən ayrılan hər üç manatın bir manatı Qarabağa və Şərqi Zəngəzurun bərpasına gedir. Bü gün əldə edilən anlaşma yeni səhifədir. Cənab prezidentin rəhbərliyi ilə Azərbaycan yeni-yeni uğurlar əldə edəcək", deyə deputat çıxışında bildirib.

Ülviyyə, Hurriyyet.az