📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputata aid olduğu deyilən şirkətdə Sanitariya və Gigiyena qaydaları pozuldu

2023-10-11 20:24:32

Deputata aid olduğu deyilən şirkətdə Sanitariya və Gigiyena qaydaları pozuldu

"DOKTA" MMC məhkəməlik olub.

Sözügedən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə (Əhalinin Sanitariya-Gigiyena Və Sanitariya-Epidemioloji Salamatliği Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.

Hazırlanmı potokol isə Göyçay Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə prosesi hakim Elçin Qurbanovun sədrliyi ilə baş tutacaq.

Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan  Sadıqov Elçin Ağasadıq oğludur. O həmçinin “Vita Aptekləri” MMC-nin qanuni təmsilçidir.

Yerli mediada gedən məlumata görə, Elçin Sadıqov  "Dokta” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil.  Mətbuatda gedən məlumata görə, Şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. "Dokta” MMC onun əczaçılıq sahəsində təsis etdiyi ilk şirkətdir. Cavanşir Fyeziyev həm də dərman bazarının əsas oyunçularından olan "Avromed”in sahibidir. \\32gun.az