📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputata məxsus olduğu iddia edilən şirkətlə bağlı qərar çıxarıldı

2022-05-05 00:27:00

Deputata məxsus olduğu iddia edilən şirkətlə bağlı qərar çıxarıldı

Nərimanov Rayon Məhkəməsində “Buta Farm” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

Qeyd: Səhiyyə Nazirliyi tərəfindən "Buta Farm" şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edilib və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Xatırlatma: Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu iddia edilir. \\Pravda.az