📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputatdan təklif: Paşinyanı Bakıya dəvət etmək olar

2024-05-07 11:38:29

Deputatdan təklif: Paşinyanı Bakıya dəvət etmək olar

Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması olmalıdır.

Bunu parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc mayın 7-də, Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, sanksiyalara cavab kimi həmçinin Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, region dövlətləri ilə konfrontasiyaya getməməli, Azərbaycan torpaqlarının işğalına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərməlidir:

“Yəni Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbayacana yolu birdəfəlik bağlanmalıdır”.

Hurriyyet.az