Deputatın oğlu dostları ilə cinayətkar dəstə yaratmaqda ittiham olunur
Xəbər verdiyimiz kimi, Əhmədli qəsəbəsində kütləvi dava zamanı qətl törədənlər həbs olunub.
Hurriyyet.net xəbər verir ki, həmin şəxslər narkotik satmaqda və cinayətkar birlik yaratmaqda təqsirli biliniblər.
Həbs olunanlar, həmçinin deputat Arzuxan Əlizadənin oğlu Əhməd barəsində Cinayət Məcəlləsinin 218.1 ( ağır cinayətlər törətmək üçün cinayətkar birlik yaratmaq və ya rəhbərlik etməl), 218.2 (cinayətkar təşkilat rəhbərlərinin birliyində iştirak etmək), 234.4.1 (qabaqcadan əlbir olan qrup tərəfindən narkotik maddələrin və onların emalı üçün istifadə olunan prekursorların satışı, saxlanılması) və 234.4.3-cü (234.4.1-ci maddədəki əməllər külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, oktyabrın 24-ü gecə saatlarında bir qrup şəxs Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən "Ab hava" restoranında kütləvi davaya səbəb olub. Dava zamanı "Ceyhun Sabunçu" kimi tanınan şəxs qətlə yerilib, bir neçə nəfər isə yaralanıb. Hadisə ilə əlaqədar saxlanılan şəxslər barəsində bu gün Xətai rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.