📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputatın oğlu vəzifəsindən azad edilib

2024-03-09 16:35:00

Deputatın oğlu vəzifəsindən azad edilib

Milli Məclisin deputatı Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev vəzifəsindən azad olunub.

Hurriyyet.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, Orxan Əliyev Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsindən azad olunub. Onun yerinə isə hələlik təyinat yoxdur.  

Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri məlumatı təsdiqləyib. Qurum rəsmisi bildirib ki, bir müddət əvvəl Orxan Əliyev vəzifəsindən azad edilib. 

Qeyd edək ki, Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor müavini, 30 oktyabr 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə isə sədrin müavini vəzifəsinə təyin olunmuşdu.