Deputatın qardaşı oğlu terror qurbanı oldu - FOTO
2022-11-21 21:35:00
Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili Mahir Polat Qaziantepin Karkamış rayonunda Suriyanın təşkil etdiyi raket hücumunda həyatını itirən 3 nəfərdən birinin qardaşı oğlu Həsən Karataş olduğunu açıqlayıb.
Hurriyyet.Az Türkiyə mətbuatına istinadən bildirir ki, millət vəkili bu barədə etdiyi paylaşımda yazıb:
"Ürəyimiz yanır. Qaziantepin Karkamış rayonunda xain terror təşkilatının təşkil etdiyi raket hücumunda qardaşım oğlu Həsən Karataş həyatını itirdi. Lənət olsun terrora".
Xatırladaq ki, atılan 4 raketdən biri məktəbə, digərləri isə yaşayış evlərinə düşüb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

Baku Post