📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputatlar Vaşinqtona gedir

2021-11-13 14:30:00

Deputatlar Vaşinqtona gedir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai noyabrın 14-də Vaşinqtona yola düşəcəklər.

Hurriyyet.az xəbər verir ki, deputatlarımızın Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə bu ölkə Konqresinin Senatında, Nümayəndələr Palatasında, Dövlət Departamentində bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

Səfər noyabrın 21-də başa çatacaq.