📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Deputatların maaşı 10 min manat da ola bilər, yeganə şərt odur ki..." - NATİQ CƏFƏRLİ

2022-06-22 11:38:00

"Azad, rəqabətli iqtisadi mühit, aşağı vergilər-rüsumlar, ədalətli məhkəmə sistemi olmalıdır ki, maaş və təqaüdlər artan kimi inflyasiyanın, qiymət artımının "yeminə" çevrilməsin"

"Məmləkətdə nazirlərin maaşı lap 12 min manat da ola bilər, olmalıdır da. Tək şərt onlar təyin edilmiş deyil, proporsional qaydada seçilmiş parlamentdən çıxsınlar və təyin edənin deyil də, seçənlərin qarşısında hesabatlı olsunlar". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloqun fikrincə, deputatların maaşı 10 min manat da ola bilər, lakin yeganə şərt odur ki, seçilmiş olsunlar: "Azərbaycanda məhkəmə hakimlərinin maaşı lap 15 min manat da ola bilər, olmalıdır da, yetər ki, qanunlarla, ədalətlə, müstəqil qərar versinlər. Və nəhayət, ölkədə maaşlar, təqaüdlər, sosial müavinatlar da kəskin artırılmalıdır. Amma paralel olaraq azad, rəqabətli iqtisadi mühit, aşağı vergilər-rüsumlar, ədalətli məhkəmə sistemi də olmalıdır ki, maaş və təqaüdlər artan kimi inflyasiyanın, qiymət artımının "yeminə" çevrilməsin".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az