📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputatlığa namizədliyi irəli sürülənlərin sayı 307-yə çatdı

2024-07-12 17:03:40

Deputatlığa namizədliyi irəli sürülənlərin sayı 307-yə çatdı

125 seçki dairəsindən artıq 104 seçki dairəsi üzrə 307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın iclasında məlumat verib.

Məzahir Pənahov deyib ki, deputatlığa namzidliyi irəli sürülən 307 nəfərdən 150-nin namizədliyi təsdiqlənib, onlardan 114-nə imza vərəqi verilib.