📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dəqiq zərbə: düz sülhməramlı postun yanına… - Video

2023-09-23 13:10:19

Dəqiq zərbə: düz sülhməramlı postun yanına… - Video

Azərbaycan Ordusu Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri zamanı erməni ordusunun qalıqlarının ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların postu yaxınlığındakı silah anbarını vurub.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görüntü və xəritə paylaşılıb.

Ordumuzun dəqiq zərbəsi zamanı ətraf əraziyə, o cümlədən rus sülhməramlıların postuna zərər dəyməyib.

Qeyd edək ki, bu fakt sülhməramlıların erməni terrorçuların fəaliyyətinə yaratdığı şəraitin daha bir nümunəsidir.

axar.az