📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Der Spiegel": İran Avropada cinayətkarları yəhudilərə hücum etməyə cəlb edir

2024-09-06 16:08:08

İran hakimiyyəti israillilərə və yəhudilərə hücum etmək üçün Avropadakı cinayətkar qrupların nümayəndələrini prosesə cəlb edir. Bu barədə “Der Spiegel” yazır.

Qeyd olunur ki, cinayətkarlar Fransada yanğın törətmək, Almaniyadakı yəhudi və İsrail hədəflərinə nəzarət etmək və s. üçün cəlb olunur. Mənbənin sözlərinə görə, qrup üzvlərindən biri Fransada israilli müştəriləri təmsil edən vəkili izləyib, bundan sonra o, həbs edilib.

Ülviyyə, Hurriyyet.az