📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Der Standard”: Cənubi Çin dənizində yeni soyuq müharibə yetişir... - TƏHLİL

2021-10-01 15:07:00

“Der Standard”: Cənubi Çin dənizində yeni soyuq müharibə yetişir... - TƏHLİL

Cənubi Çin dənizində Çin və ABŞ arasındakı qarşıdurma yeni soyuq müharibə ilə nəticələnə bilər. Qoşunların Əfqanıstandan çıxarılması, AUKUS təhlükəsizlik paktının bağlanması - bütün bunlar amerikalıların açıq şəkildə “Asiyaya yönəlməsində” ciddi olduqlarını göstərir. Doğrudur, bu addımlar hələ ki, Pekinin planlarına təsir etməyib. Hurriyyet.az Moderator.az-a istinadən Avstriyanın “Der Standard” qəzetinin müxbiri Anna Zavertalın sözügedən mövzuyla bağlı məqaləsini oxucularına təqdim edir.

Hələ iyun ayında ABŞ prezidenti Co Bayden və Avropa komissiyasının sədri Ursula fon der Leyen ticarət və texnologiya şurasının yaradıldığını elan etmişdilər. O vaxt Brüssel və Vaşinqton arasındakı münasibətlərdə hər şey qaydasında idi, amma sonra Amerika Birləşmiş Ştatları, Avstraliya və İngiltərə üçtərəfli AUKUS təhlükəsizlik müqaviləsi bağladılar və “hər şey alt-üst” oldu.

Bu razılaşma nəticəsində Avstraliya ilə Fransa arasında sualtı qayıqların alınmasıyla bağlı milyardlarla dollarlıq müqavilə ləğv edildi. Bu, nəinki Parisi, hətta Brüsseli də qıcıqlandırdı. Mübahisəli pakt əlavə məlumatlar tələb edən Rusiyanın da narahatlıqlarını artırdı. Beynəlxalq Atom Enerjisi Agentliyində nüvə sualtı gəmilərinə nəzarəti həyata keçirməyin çətin olacağını söylədilər, çünki Avstraliya nüvə dövlətləri sırasına daxil deyil. Çin isə razılaşmanı “bölgədəki sülhə gizli təhdid” adlandırdı.

Bütün bunlara baxmayaraq, ABŞ üçün AUKUS çox vacibdir. Səma İmperiyası uzun müddətdir Hind və Sakit okeanı ərazilərində silahlar istehsal edir, Amerika isə ondan geri qalır. Vaşinqtonu yeni soyuq müharibənin başlaya biləcəyi Cənubi Çin dənizində Pekinin maraqları və “Tayvan məsələsi” narahat edır. Çin Xalq Demokratik Respublikası adanı öz əyaləti hesab edir və onu geri qaytarmağa çalışır. Təkcə 2020-ci ildə Çin döyüş təyyarələri Tayvanın hava sahəsini 380 dəfə pozmuşdu.

Mütəxəssislər ÇXDR–in yaxn illərdə müdaxilə planlarından ehtiyat edirlər. Eyni zamanda AUKUS Pekinin niyyətinə böyük təsir göstərmədi. Ekspertlər əmindirlər ki, Çini BMT-nin bir neçə qətnaməsi yox, yalnız müdaxilədən sonra baş verəcək “sərt reaksiya” və diplomatik, iqtisadi münasibətlərdə yaranan fasilə qorxusu saxlaya blər.

AUKUS Çini durdurmaq üçün ABŞ-ın atdığı addımlardan yalnız birincisidir. Bu, onu imzalayan ölkələrin öz dəyərlərini və strateji maraqlarını qorumaq üçün iqtisadi qiymət ödəməyə hazır olduqlarını göstərir. Eyni zamanda Cənubi Asiya ölkələri çox çətin vəziyyətdədir. Onlar Çinlə quru və dəniz sərhədləri olduğuna görə bu iddialı dünya nəhəngi ilə anlaşmaq məcburiyyətində qalırlar. Həmçinin səbəb olmadan ona meydan da oxuya bilmirlər. Bu baxımdan amerikalı diplomatlar vurğulayırlar ki, pakt heç bir şəkildə Cənub-Şərqi Asiya Millətləri Birliyinin mövcudluğunu şübhə altına almır.

Lakin Amerika Birləşmiş Ştatları “Asiyaya yönəlməsinin” ciddi təşəbbüs olduğunu açıq şəkildə bildirir. Bayden bunu Əfqanıstandan qoşunların çıxarılması ilə göstərdi. Çox güman amerikalılar bölgədəki “qeyri-ənənəvi tərəfdaşları” ilə, yəni Vyetnam və Sinqapurla ittifaq bağlamağa başlayacaqlar. Ən böyük sual isə budur: Bayden ABŞ ilə birgə müdafiə paktını imzalamayan ölkələrlə əməkdaşlığı genişləndirəcəkmi? Hər halda, ekspertlər vurğulayırlar ki, Avropa “güc mərkəzi” olmaqdan uzaqlaşıb və indi gələcək Asiyanındır.