📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dərbənddə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tamaşa nümayiş etdirilib

2021-11-01 16:00:00

Dərbənddə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tamaşa nümayiş etdirilib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Dağıstanda yerləşən Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tamaşa nümayiş etdirilib. Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov TASS informasiya agentliyinə müsahibəsində bildirib: “Bu gün Azərbaycan Dövlət Dram Teatrı Dərbənddə, Ləzgi teatrının binasında  şairin 880 illik yubileyinə həsr edilmiş “Nizami Gəncəvi. Xəmsə” tamaşasının nümayişini təşkil edib. Əsərin müəllifi İftixar, quruluşçu rejisoru isə Azərbaycanın əməkdar artisti Sərvər Əliyevdir”. O, tamaşanın karantin qaydalarına uyğun şəkildə təşkil edildiyini qeyd edilb.

Əsgərov deyib: “Burada, Dağıstanda, o cümlədən Dərbənddə dahi şair Nizaminin yaradıcılılğına xüsusi məhəbbətlə yanaşırlar. Axı onun həyat yoldaşı məhz bizim doğma, qədim Dərbənd şəhərimizdən olub. Dərbəndin adı Nizami Gəncəvinin əsərlərində dəfələrlə xatırladılıb”.

 

Hürr Tərcüman