📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dərbəndin Nizami Gəncəvi parkı – Rusiya ərazisində ən böyük fəvvarə burada yerləşir - VİDEO

2023-01-03 15:54:00

Dərbəndin Nizami Gəncəvi parkı – Rusiya ərazisində ən böyük fəvvarə burada yerləşir - VİDEO

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ötən 2022-ci ildə Rusiya qədim Dərbənd şəhərinin Nizami Gəncəvi adına parkını açıldığı gündən keçən 5 ay ərzində 200 min nəfərdən artıq adam ziyarət edib. Parkda Rusiyanın ən böyük fəvvarəsi yerləşir.

Bu barədə məlumatı Dərbənd şəhərinin meri Rüstəmbəy Pirməhəmmədov öz “Teleqram” kanalında verib: “2022-ci ilin iyulunda 5 min kv m sahəyə və multmedialı fəvvarəyə malik Nizami Gəncəvi adına parkın açılışı olub. O zamandan bəri Rusiyanın hər yerindən 200 min nəfərə qədər insan parkı ziyarət edib”.

Tarixi Azərbaycan şəhəri olan Dərbənd hazırda Rusiya Federasiyası ərazisində olan ən qədim şəhər sayılır.

Hürr Tərcüman