📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dərhal tərəflər danışıqlara başlamalıdır - Borrell

2021-11-04 19:12:00

Dərhal tərəflər danışıqlara başlamalıdır - Borrell

 

AB Efiopiyanın sabitliyini, birliyini və ərazi bütövlüyünü dəstəkləyir. AB sülhü təşviq etmək, beynəlxalq insan haqları hüququna riayət etmək və münaqişənin sona çatmasına kömək etmək üçün məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, bütün xarici siyasət vasitələrindən istifadə etməyə hazırdır.

 

Bu sözləri Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell deyib.

 

“AB hərbi yolla həllin olmadığını bir daha təkrar edir və münaqişənin bütün tərəflərini dərhal qüvvəyə minən atəşkəs tətbiq etməyə və ilkin şərt olmadan siyasi danışıqlarda iştiraka çağırır”, - deyə o bildirib.

 

Qeyd edək ki, Efiopiya Nazirlər Şurası bütün ölkə ərazisində 2 noyabrdan etibarən fövqəladə vəziyyət rejimi elan edib. \\Axar